xəbərlər
DİN-in Polis Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
11.12.2021


Tədbir iştirakçıları Akademiyada müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.
Tədbiri Akademiyanın rəisi, polis polkovniki Canpolad Daanov açıq elan edərək ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Polis polkovniki C.Daanov qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsini öyrənmək üçün Akademiyada “Heydər Əliyev Mərkəzi” yaradılıb. Mərkəzdə yaradılan şərait, geniş ekspozisiya, fotoguşələr və sənədli materiallar Akademiyanın kursant və əməkdaşlarının ümummilli lider Heydər Əliyevin zəngin tarixi irsini dərindən yiyələnməsinə imkan verir.
Sonra Akademiyanın “İctimai elmlər” kafedrasının rəisi, tarix üzrə fəlsəfə doktoru, polis polkovniki Rəhim Məcnunov Ulu öndərin Azərbaycan tarixindəki rolu barədə məruzə ilə çıxış edib.


Akademiyada Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər davam edir. Akademiyanın “Heydər Əliyev Mərkəzi”ndə, oxu və mühazirə zallarında, eləcə də böyük monitorunda Ulu öndərin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilir.