xəbərlər
Rusiya Federasiyası DİN-in xüsusi təhsil müəssisələrinin məzunları Polis Akademiyasında “Xüsusi hazırlıq”kursunu bitirmişlər
15.12.2021

Tədbiri giriş sözü ilə açan Akademiya rəisi C.Daanov xarici dövlətlərin xüsusi təhsil müəssisələrini bitirmiş məzunlara “Xüsusi hazırlıq” kursunun məqsədi, polisin fəaliyyəti, gənc əməkdaşların cəmiyyətdə davranış və geyim qaydalarına əməl etmələri ilə bağlı tövsiyələr vermiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Məzunlar Akademiya rəhbərliyinə onlara yaradılmış şəraitə görə təşəkkürlərini bildirmişlər.
Tədbirin sonunda məzunlara kursu bitirmələrinə dair sertifikatlar təqdim edilmişdir.