xəbərlər

Polis Akademiyasında “Birinci instansiya məhkəməsində icraat” mövzusunda dəyirmi masa keçirilmişdir

25.12.2021

 25 dekabr 2021-ci il tarixində  Polis Akademiyasında “Birinci instansiya məhkəməsində icraat” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Xətai rayon məhkəməsinin hakimləri, Akademiyanın müəllim və kursant heyəti iştirak etmişdir.
Tədbiri Akademiyanın rəisi, polis polkovniki Canpolad Daanov giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlamış, dəyirmi masanın işinə uğurlar arzulamışdır.

Moderator “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, polis polkovniki h.ü.f.d., dosent Hikmət Eyvazov dəyirmi masanın gündəliyini elan etmişdir. Dəyirmi masanın açılışında Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimləri Fuad Axundov və Pərviz Zamanlı, Polis Akademiyasının “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Səyyad Ağayev, “Mülki hüquq” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Nəbi Əsgərov çıxış etmişlər. Sonra isə Polis Akademiyasının kursantları Ramil Əliyev “Məhkəmə baxışına hazırlıq mərhələsi: mülki və cinayət məhkəmə icraatlarının müqayisəli-hüquqi təhlili”, Sənan Mirzəyev “Məhkəmə baxışı: mülki və cinayət məhkəmə icraatlarının müqayisəli-hüquqi təhlili”, Elşad Babayev “Mülki məhkəmə icraatında kiçik iddialar üzrə sadələşdirilmiş icraatın prosessual xüsusiyyətləri”, Rafiq Mehdizad¬ə “Qiyabi icraat; əhəmiyyəti və hüquqi tənzimlənməsinin  bəzi məsələləri”, Gülnur Məmmədzadə “Mülki məhkəmə icraatında şahidin iştirakının prosessual xüsusiyyətləri: müqayisəli hüquqi təhlili”, Elcan Rzalı “Məhkəmə aktları: qəbulu və elan edilməsi” adlı mövzularla məruzə etmişlər.

Dəyirmi masa müzakirələrlə sona çatmış və iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Daha sonra qonaqlar Akademiyanın mühazirə, idman, məhkəmə və akt zalları, eləcə də kriminalistik təlim şəhərciyi ilə tanış olmuşlar.
Akademiyada yaradılmış şəraitə, eləcə də tədbirin yüksək səviyyədə təşkilinə və onlara təqdim edilən hədiyyələrə görə qonaqlar Akademiya rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda xatirə şəkilləri çəkilmişdir.


Geriyə | Çap versiyası