xəbərlər

Polis Akademiyası əməkdaşları Xəzər rayonu 156 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirici tədbirdə iştirak etmişlər

23.12.2021

 Polis Akademiyasının əməkdaşlarının iştirakı ilə  23 dekabr 2021-ci il tarixdə Xəzər rayonu 156 nömrəli tam orta məktəbdə “Narkomaniya sosial bəla kimi” adlı maarifləndirici - profilaktik tədbir keçirilmişdir.
Tədbirdə Akademiyanın “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun rəhbəri, “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov, sektorun üzvü - “Mülki hüquq” kafedrasının müəllimi, polis baş leytenantı Ata Vəliyev, Şəxsi heyətlə iş üzrə şöbənin inspektoru, polis kapitanı İlqar Quliyev, Tədris metodiki şöbənin texniki vasitələrin istismarı qrupunun inspektoru, polis baş leytenantı Elməddin Hüseynov, 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova, təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Babaxanova, tərbiyə işləri üzrə direktor müavini Nəcibə Əzimova, məktəbin digər pedaqoji heyəti və 10-11-ci sinif şagirdləri iştirak ediblər.

Polis polkovnik-leytenantı Vüqar Mansurov “Narkomanlığın neqativ fəsadları və profilaktikası”, polis baş leytenantı Ata Vəliyev “İnternetdən təhlükəsiz istifadə” mövzularında çıxış edərək ölkəmizdə narkotiklərin qeyri-qanuni dövriyəsi və ümumiyyətlə bu növ törədilən cinayətlərin təzahürləri, səbəbləri, cinayətlərin törədilmə üsulları, eləcə də müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetin faydaları və zərərləri barədə  məktəblilərə məlumat veriblər.
Böyük maraqla qarşılanan tədbirin yekununda şagirdlər və məktəbin pedaqoji kollektivinin sualları cavablandırılmış və xatirə şəkilləri çəkilmişdir.


Geriyə | Çap versiyası