xəbərlər

Polis Akademiyasının əməkdaşları ADA Universitetində Hüquqi maarifləndimə layihəsinin yekunlarına həsr olunmuş mərasimdə iştirak etmişdir

11.04.2022

 11 aprel 2022-ci il tarixində ADA Universitetinin təşkilatçılığı ilə "Gənclər arasında hüquqi maarifləndirmə layihəsi"nin yekunlarına həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirdə ADA Universitetinin, Bakı Dövlət Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, Polis Akademiyasının və Vəkillər Kollegiyasının əməkdaşları iştirak etmişlər. Tədbirdə qeyd olundu ki, layihənin iştirakçıları gənclər arasında hüquqi biliklərin yayılması və öyrənilməsi, bu sahəyə olan marağı artırmaq və gənclərə müxtəlif hüquqi mövzularda ilkin biliklər verilməsi məqsədi ilə Bakı və Gəncə şəhərinin orta məktəb şagirdləri, Gəncə Dövlət Universitetinin tələbələri ilə təlim keçiriblər.
Layihənin iştirakçı qurumlarının nümayəndələri çıxış etdikdən sonra, ADA Unversitetinin tələbələri layihənin yekun nəticələrini videoçarx vasitəsi ilə təqdim ediblər.

Sonda layihə çərçivəsində təşkil olunan müsabiqənin qalibləri elan olunub. Hüquqi maarifləndirmə layihəsi çərçivəsində göstərdiyi dəstəyə və verdiyi töhfələrə görə Polis Akademiyasına xatirə hədiyyəsi, dosent Rafiq Nəcəfquliyevə təşəkkürnamə, kursantlar Süleyman Süleymanov, Sənan Mirzəyev, Turquq Süleymanlı, Muhamməd Nəsibli və Elgün Rəhimliyə aktiv iştiraklarına görə sertifikatlar təqdim olunmuşdur.
Tədbirin sonunda layihə iştirakçıları gənclərin hüquqi cəhətdən baza biliklərinin artırılmasına xidmət edilməsi məqsədi ilə hüquqi maarifləndirmə tədbirlərinin davam etdiriləcəyini bildirmişlər.

Geriyə | Çap versiyası