xəbərlər

Polis Akademiyasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakiminin iştirakı ilə onlayn mühazirə dərsi təşkil olunub

19.04.2022

 19 aprel 2022-ci il tarixdə Polis Akademiyasının II kursunda “İnzibati-prosessual hüquq” fənnindən “İnzibati iddia növləri və müvəqqəti xarakterli müdafiə tədbirləri” mövzusunda dərs, birgə mühazirə oxunması formasında aparılıb. Fənn müəllimi, polis polkovniki, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev mühazirə dərsinə onlayn dəvət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Beynəlxalq ekspert Səyyad Kərimovu təhsilalanlara təqdim etdikdən, mühazirə mövzusu barədə qısa giriş verdikdən sonra, əsas və əlavə ədəbiyyat, həmçinin Polis Akademiyasının elektron kitabxanası fonduna daxil olan milli və xarici materialların yerləşdiyi internet resursları haqqında məlumat vermişdir. Daha sonra mövzunun quruluşuna və məzmununa uyğun olaraq hazırlanmış təqdimat materialları üzrə təhsilalanlara qanunvericiliyin tələbləri və aidiyyəti şərtlər haqqında izahlar verilib. Mühazirə mövzusu üzrə dosent Rafiq Nəcəfquliyev inzibati məhkəmə icraatının iştirakçıları və onların inzibati-prosessual hüquqi statusu, üçüncü şəxslərin prosesə dəvət olunması, prosessual həmiştirakçılar və nümayəndəlik haqqında məlumatları, öz növbəsində hakim Səyyad Kərimov inzibati iddialar və onlara aid şərtlər, iddianın hüquqi təbiəti və onun mümkünlük şərtləri haqqında məhkəmə təcrübəsini təhsilalanlarla   bölüşmüşlər.
Yekunda təhsilalanların sualları cavablandırılmışdır.



Geriyə | Çap versiyası