xəbərlər
Polis Akademiyasında “Şuşa ili” ilə əlaqədar kursantlar arasında inşa yazı müsabiqəsi keçirilmişdir
05.05.2022
Qarabağın tacı, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olan Şuşa və Şuşa sevgisi xalqımız üçün müqəddəs və əziz məkandır. Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı sərəncama əsasən DİN-in Polis Akademiyasında da bununla bağlı tədbirlər keçirilir. Akademiya rəisi, polis polkovniki Canpolad Daanovun 05 aprel 2022-ci il tarixli təsdiq etdiyi Tədbirlər planına əsasən “Dil hazırlığı” kafedrasının baş müəllimi, f.ü.f.d. Fərqanə Əliyeva Polis Akademiyasının kursantları arasında inşa yazı müsabiqəsi keçirmişdir.
İnşalar “Əziz Şuşa, sən azadsan!”, “Şuşa Qarabağın döyünən ürəyi” mövzusunda yazılmışdır. Müsabiqədə Polis Akademiyasının 12 kursantı iştirak etmişdir. Müsabiqəyə 2022-ci ilin 30 aprelində yekun vurulmuşdur. Kursantlarımız yazılarında Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönümündə nəhəng layihələrin gerçəkləşməsi və 44 günlük mübarizəmizin Qələbə simvoluna çevrilməsi haqqında geniş təəssüratlarını qeyd etmişlər.
Müsabiqə iştirakçılarından III kurs kursantı Əzizova Sura I yerə, II kurs kursantı Sarıyev Kənan II yerə, IV kurs kursantı Məmmədova Günel isə III yerə layiq görülmüşdür.
Qaliblər sertifikatla təltif olunmuşlar.