xəbərlər
Polis Akademiyasının kursantları ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər
07.05.2022

Tələbələrin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması məqsədi ilə təşkil edilən müsabiqə-festivalında giriş nitqi ilə çıxış edən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət və

Çıxışının sonunda nazir müavini tələbələrə təhsillərində, gələcək işlərində uğurlar diləyərək, bütün iştirakçıları bir daha təbrik edib.
Daha sonra tədbirdə digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı Polis Akademiyasının kursantları Rəşad Həsənov Xalq mahnısı üzrə, Ayxan Əmirxanov isə saz çalğı aləti üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsinin qatıldığı festivalda tələbələrin ifasında nümayiş olunan şeir, rəqs, musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.