xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Daxili İşlər Nazirliyinin Ufa Hüquq İnstitutunun təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq elmi-praktik konfransda onlayn iştirak edib

20.05.2022

 19-20 may 2022-ci il tarixlərində Rusiya Daxili İşlər Nazirliyinin Ufa Hüquq İnstitutunun təşkilatçılığı ilə “Hüquq-mühafizə orqanlarının təhsil müəssisələrinin  fəaliyyətində müasir rəqəmsal texnologiyalar: konsepsiya, təcrübə, innovasiyalar” mövzusunda videokonfrans formatında IV Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Konfransın işində “Rusiya DİN-in təhsil müəssisələrinin nümayəndələri,  Qırğızıstan Respublikası milis general-mayoru E.A.Əliyev adına Daxili İşlər Nazirliyinin Akademiyası, Qazaxıstan Respublikası Malkecar Bukenbayev adına Daxili İşlər Nazirliyinin Aktobe Hüquq İnstitutunun nümayəndələri, eləcə də Rusiya DİN-in Ufa Hüquq İnstitutunun professor-müəllim heyəti və əməkdaşları iştirak edirdi. Konfransda Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov təmsil edirdi.

Ufa Hüquq İnstitutunun tədris işləri üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən, hüquq elmləri namizədi, polis polkovniki Oleq Sergeyeviç Noskov konfransı giriş sözü ilə açaraq, iştirakçıları salamladı. Daha sonra O.S.Noskov Daxili İşlər Nazirliyinin təhsil müəssisələrinin fəaliyyətində informasiya texnologiyalarının xüsusi əhəmiyyətini qeyd etdi və konfrans iştirakçılarına səmərəli müzakirələr aparılması istiqamətində uğurlar arzuladı.

Konfransda hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində təhsil fəaliyyətinin rəqəmsal transformasiyası, götürülmüş şəkillərin axtarışı ilə bağlı məsələlər: Antiplagiat sisteminin yeni xüsusiyyətləri, Moodle tədris platformasında qarışıq öyrənmənin təşkili üçün alətlər, Rusiya DİN-in Ufa Hüquq İnstitutunda Apex-VUZ sisteminin tətbiqi təcrübəsi, yüksək texnologiyalar sahəsində informasiya təhlükəsizliyi, Rusiya Daxili İşlər Nazirliyinin təhsil müəssisələrinin elmi və nəşriyyat fəaliyyətlərinin rəqəmsal transformasiyası, müasir kitabxana sisteminin inkişaf perspektivləri müzakirə olunmuşdur.



Geriyə | Çap versiyası