xəbərlər

Polis Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

13.06.2022

DİN-in Polis Akademiyasında 13 iyun 2022-ci il tarixdə “15 iyun - Milli Qurtuluş günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” adlı  tədbir keçirilmişdir. Tədbirdə Akademiyanın rəhbərliyi, Millət vəkili, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlı, müəllim-zabit heyəti və əyani fakültənin kursantları iştirak etmişlər.

Tədbirdə müstəqilliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, xidməti vəzifələrini yerinə yetirərkən həyatını itirmiş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan DİN-in Polis Akademiyasının rəisi, polis  polkovniki Canpolad Daanov iştirakçıları və qonağı salamlayaraq çıxışında bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Bu mənada qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və      15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd etdiyi kimi ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunan Polis Akademiyası da bu ənəni davam etdirir.
C.Daanov qeyd edib ki, xalqına, dövlətinə, Prezidentinə, öz Ali Baş Komandanına arxalanan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının şəxsi heyəti, bundan sonra da qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək, Ulu öndərin adını həmişə yüksək ehtiramla yad edəcəkdir.

Akademiya rəisi çıxışının sonunda 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə Akademiyanın şəxsi heyətinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətində müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən    Millət vəkili, tarix elmlər doktoru, professor Musa Qasımlı Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımları, onun Azərbaycan xalqının qarşısında misilsiz xidmətləri barəsində ətraflı məlumat vermişdir.
Tədbir IV kurs kursantları Elvin Nəcəfovun “Heydər Əliyev – müasir Azərbaycan dövlətinin qurucusudur!”,  Ramil Əliyevin “Qurtuluşdan başlanan inkişaf” və  III kurs kursantı Elcan Rzalının “Heydər Əliyev – Azərbaycanın milli inkişaf strategiyasının banisidir” mövzularında  çıxışları ilə davam edib.
Kursantların çıxışlarında “15 iyun – Milli Qurtuluş Günü”nün gənc nəslin hərtərəfli formalaşması və tərbiyəsi istiqamətində mühüm əhəmiyyəti qeyd edilib.

Geriyə | Çap versiyası