xəbərlər
Polis Akademiyasının əməkdaşı Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Dövlət Universitetinin 20 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik videokonfransda iştirak edib
10.06.2022

Rusiya Federasiyası DİN-in V.Y.Kikot adına Moskva Universitetinin rəisi, polis general-leytenantı, pedaqogika üzrə fəlsəfə doktoru A.İ.Kaliniçenko konfransı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və konfrans haqqında məlumat verdi.
Akademiyanın “DİO-da Əməliyyat-axtarış fəaliyyəti” kafedrasının müəllimi, polis polkovnik-leytenantı Rasif Müzəffərov “Performansın psixoloji təminatı: vəziyyət və inkişaf perspektivləri” adlı bölmədə iştirak edib.
Konfransda psixoloji xidmətin təşkili, ona qoyulan tələblər, DİO əməkdaşlarının fəaliyyətində pedaqogika və psixologiya elminin rolu və s. kimi mövzular üzrə müzakirələr aparıldı.