xəbərlər
“TOPCOP” layihəsi çərçivəsində Macarıstanın Budapeşt şəhərində həyata keçirilən “Təlimçilər üçün təlim” adlı təlimdə DİN-in Polis Akademiyasının əməkdaşı iştirak etmişdir
18.07.2022

Müasir dövrdə onlayn və üzbəüz təlim üsulları, istifadə olunan proqram təminatları və ümumilikdə dərsin idarə edilmə tövsiyələrini əhatə edən, eyni zamanda təcrübə mübadiləsi xarakteri daşıyan bu təlimdə ekspertlər tərəfindən əsasən onlayn təhsildə istifadə olunan proqram təminatları və bu işin asanlaşdırılması üçün beynəlxalq təcrübədən misallar verilmiş, müxtəlif tapşırıqlar əsasında simulyasiya xarakterli tapşırıqlar icra edilmişdir. Belə ki, təlim boyunca elektron təhsilin əsas komponentləri, dərsin idarə edilmə platformaları, “ADDİE” (Təhlil, Dizayn, Hazırlama, Tətbiq etmə və Qiymətləndirmə), “ABC” (Əldə etmə, Müzakirə, Araşdırma, Hazırlama, Qruplarla iş və Təcrübə), Qarışıq öyrənmə modeli (elektron olaraq tələbələrin zəruri materiallarla təmin edilməsi, onlayn və üzbəüz dərslər) kimi tədris modelləri və s. mövzular geniş müzakirə edilmiş, bu sahədə bilik və bacarıqların artırılması üçün Təlimçi ekspertlər tərəfindən müxtəlif yarışlar keçirilmişdir. Eyni zamanda dərsin planlaşdırılması, ehtiyacların müəyyən edilməsi, tələbələrin müxtəlif vasitələrlə (hədiyyələrin verilməsi, müəyyən vəzifələrə təyin olunmaları, mükafatlandırılmaları və s.) motivasiya edilməsi məqamlarına toxunulmuşdur. Dərslərin daha rəngarəng keçirilməsi məqsədilə internet üzərindən ictimaiyyətə açıq təlim saytlarının

Təlimin gedişatında Polis Akademiyasının əməkdaşı Akademiya barədə təqdimatla çıxış edərək hazırlanmış video roliki həm təlim iştirakçıları, həm də ekspertlərə nümayiş etdirmişdir. Bundan sonra Akademiya barədə qısaca məlumat verərək burada yetişən gələcək polis zabitlərinin beynəlxalq səviyyədə təlimlərə cəlb olunaraq beynəlxalq təcrübəni öyrənə biləcəklərini və gələcək xidməti fəaliyyətlərində istifadə edəcəklərini vurğulamışdır. Təqdim olunan tanıtım çarxının nəticəsi olaraq Gürcüstan və Moldova nümayəndələri Akademiya ilə daha sıx əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini bildirdilər.
Tədbirin sonunda uğurlu iştiraka görə iştirakçılara “Təlimçilərin təlimi” sertifikatları təqdim edilmişdir.
Ümumilikdə təlim işgüzar və səmərəli şəkildə baş tutmuşdur.