xəbərlər
Polis Akademiyasının kursantları ilə əməliyyat taktiki təlim keçirilmişdir
29.07.2022

Tədbirlər planına uyğun olaraq təşkil ounmuş təlimdə kursantlar xüsusi qruplara bölünərək fəaliyyəti üzrə iştirak etmiş, eyni zamanda silah, sursat və xüsusi vasitələrdən məharətlə istifadə etmiş, bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə və digər tapşırıqları uğurla yerinə yetirmişlər. Təlimdə komandir və qərargah üzvlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də onların əməliyyatın planlaşdırılması və vəziyyətin qiymətləndirilməsi üzrə bacarıqlarının inkişaf etdirilməsinə nail olunmuşdur.

Sonda ümumi fəaliyyətlər təhlil edilmiş, qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd olunmuşdur.
Polis Akademiyasının kursantlarının hərbi bilik və bacarıqlarınin artırılaraq döyüş hazırlığı səviyyəsinin inkişaf etdirilməsi, habelə mənəvi-psixoloji durumunu lazımı səviyyədə qoruyub saxlanılması məqsədilə bu növ təlimlərin gələcəkdə də mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.