xəbərlər
Polis Akademiyasında “Bilik günü” və andiçmə mərasimi qeyd olunub
15.09.2022

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni ifa edilib.
Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrikini şəxsi heyətə çatdırmışdır.
Ötən dövr ərzində əldə olunmuş nailiyyətlərə toxunan Akademiya rəisi peşəkar polis kadr hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da əzmlə yerinə yetirilməsinin vacibliyini vurğulamışdır.

Sonra Akademiya rəisi ötən tədris ilini əla qiymətlərlə başa vurmuş 3 kursanta “Əlaçı kursant”, idmanda qazandıqları uğurlara görə isə 5 kursanta “İdmançı kursant” döş nişanı, eləcə də qəbul imtahanında 650-dən yüksək bal toplamış 4 kursanta qiymətli hədiyyələr təqdim etmişdir.
I kurs kursantlarının "Polis Andı”nı qəbul etməsi ilə tədbir davam etmişdir. I kurs kursantı Elgiz Hüseynzadə çıxış edərək bu əlamətdar gün münasibətilə kurs yoldaşlarını təbrik etmişdir.
Tədbirdə “Polis Akademiyasının marşı” səsləndirilmiş və şəxsi heyətin təntənəli marş keçidi ilə başa çatmışdır.