xəbərlər

“Açıq qapı” tədbirinin növbəti qonaqları Akademiyada yaradılmış təhsil mühiti ilə tanış olmuşdur

11.10.2022

 “Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in təsdiq etdiyi tədbirlər planından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlər davam etdirilir.
11 oktyabr 2022-ci il tarixdə Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonağı Xəzər rayonunda yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbin IX-XI sinif şagirdləri olmuşdur.  
Şagirdlər Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanarla tanış edilmişdir. Bundan əlavə, Polis Akademiyasına qəbul qaydaları izah edilmiş, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilmişdir.
Tədbirin yekununda şagirdlərlə xatirə şəkli çəkilmiş və onlara Akademiya haqqında məlumatları özündə əks etdirən bukletlər təqdim edilmişdir.
 
     
Geriyə | Çap versiyası