xəbərlər
Polis Akademiyasının kursantları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
14.10.2022


Muzeyin bələdçisi şəxsi heyəti müşayiət edərək eksponatlar barədə ətraflı məlumat verib. Bələdçi 9 otaqdan ibarət Milli Azərbaycan Tarixi Muzeyində əvvəlcə Hacı Zeynalabdin Tağıyevin iş kabineti və ordakı əşyaları – kitab şkafı, yazı masası, ailəvi fotoalbom, həmçinin Z.Tağıyevin kabinetində İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacar, Rusiya imperatoru II Nikolay və onun xanımı Aleksandra Fyodorovnanın portretləri, Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri haqqında şəxsi heyəti geniş məlumatlandırdı. Muzeyin Şərq zalında tavanların xüsusi zövqlə bəzədilməsi, Quran ayələrinin yazılması və bu işləmələrə 9 kiloqram qızıl istifadə olunması kursantların diqqətini xüsusilə cəlb etdi. Kursantlar sütunlu tağlar, kitabxana, H.Z.Tağıyevin həyat yoldaşı Sona xanıma məxsus otaqla da tanış olublar.
Muzeylə tanışlıqdan sonra xatirə şəkili çəkdirərək ekspozisiyaya yekun vurulmuşdur.