xəbərlər

DİN-in Polis Akademiyasının kursantları beynəlxalq turnirdə iştirak ediblər

26.10.2022

25-26 oktyabr 2022-ci il tarixində Rusiya Federasiyası DİN-in Nijniy Novqorod Akademiyasında onlayn formatda Beynəlxalq hüquqa həsr olunan intellektual oyunlar üzrə beynəlxalq yarış keçirilmişdir. Beynəlxalq turnirdə Rusiya Federasiyası DİN-in Nijniy Novqorod Akademiyası, Şərqi-Sibir İnstitutu, Krasnodar Universiteti, Kikot adına Moskva Universiteti, Volqoqrad Akademiyası, Ural Hüquq İnstitutu, OMSK Akademiyası, Sankt-Peterburq Universiteti, İ.D.Putilin adına Belqorod Hüquq İnstitutu, Kazan Hüquq İnstitutu, Ufa Hüquq İnstitutu, Uzaq Şərq Hüquq İnstitutu, Belarusiya Respublikasının DİN-in Akademiyası və Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının kursantları iştirak edirdi.  KEC-in üzvlərindən ibarət olan V kurs kursantları Oruclu Nicat, Bayramov Rəşad, Dəmirov Elnur, IV kurs kursantları Vahabova İranə, Əliyev Firdovsi, III kurs kursantları Məmmədov Qəhrəman və Hüseynzadə Azər “Odlar ölkəsi” adlı komandanın tərkibində Akademiyanı təmsil ediblər. “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının baş müəllimi, polis polkovniki Zaur Bağırovun və KEC-in rəhbəri polis polkovniki Rəşad Məmmədovun rəhbərliyilə kursantların beynəlxalq yarışa hazırlığı təmin edilmişdir.
İki mərhələdən ibarət yarışın 25 oktyabr 2022-ci il tarixində keçirilmiş “Breynrinq”  adlı birinci mərhələsində Polis Akademiyası 14 komanda arasında 6-cı yerə layiq görülmüşdür.

26 oktyabr 2022-ci il tarixində yarışın “Nə? Harada? Nə vaxt?” adlı ikinci mərhələsi baş tutmuşdur. Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirməyə əsasən 1-ci yerə Rusiya Federasiyası Nijniy Novqorod Akademiyası, 2-ci yerə DİN-in İ.D.Putilin adına Belqorod Hüququ İnstitutu, 3-cü yerə Azərbaycan Respublikası DİN-in Polis Akademiyası, Belarus Respublikası DİN-in Akademiyası və Rusiya Federasiyası DİN-in V.Y.Kikot adına Moskva Universitetinin komandaları layiq görülmüşdür.
Təşkil edilən turnirdə tələbələrin intellektual potensialının inkişaf etdirilməsində, dünyagörüşlərinin stimullaşdırılmasında böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Geriyə | Çap versiyası