xəbərlər
Polis Akademiyasında Parkur yarışı keçirilmişdir
05.11.2022

Sözügedən yarışda DİN-in Polis Akademiyası, DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Heydər Əliyev adına Ali Hərbi İnstitut, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandaları iştirak edibər. Yarış iştirakçıları böyük iradə göstərərək komanda şəklində sona kimi mübarizəni davam etdiriblər. Nəticədə Heydər Əliyev adına Hərbi İnstitutun komandası I, DİN-in Polis Akademiyasının komandası II, DİN-in Daxili Qoşunlarının komandası isə III yerə layiq görülmüşdür.
Tədbirin sonunda Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirakçılara təbrik və tövsiyələrini çatdırmış, qalib komandaları qiymətli hədiyyələrlə mükafatlandırmışdır.