xəbərlər

Polis Akademiyasının kursantları Hərbi Qənimətlər Parkını ziyarət ediblər

04.11.2022

 04 noyabr 2022–ci il tarixində  polis polkovnik- leytenantı Fariz Yusifovun rəhbərliyi ilə Əyani təhsil üzrə I kurs kursantları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbə münasibətilə qurulan parkda Ermənistan Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən, Rusiya istehsalı olan tank, "Qrad" qurğuları, top və digər müharibə texnikaları haqqında bələdçi kursantları ətraflı məlumatlandırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aparıcı media qurumları ilə olan müsahibələri, qələbə tvitləri, xalqa müraciətlərindən ibarət videolar park ərazisindəki videozalda kursantlara nümayiş etdirilib. Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində tank əleyhinə xəndək, mina sahəsi, beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr kursantlara göstərilib.

 Parkda, döyüş postu və əsgər kazarması, kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri, yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan Silahlı Qüvvələri qoşunlarının əsgərlərinin maketləri kursantlar tərəfindən xüsusi maraqla qarşılanıb.
Sonda  xatirə şəkilləri  çəkilib.
 
Geriyə | Çap versiyası