xəbərlər

Polis Akademiyasında sıra hazırlığı üzrə kursantlar arasında “Ən yaxşı taqım” adı uğrunda yarış keçirilmişdir

10.11.2022

 10 noyabr 2022-ci il tarixində Akademiyanın əyani təhsil üzrə I-V kurs kursantları arasında Zəfər gününə həsr olunmuş sıra hazırlığı üzrə “Ən yaxşı taqım” adı uğrunda yarış keçirilmişdir.

Hərbi kafedranın rəisi, polis polkovniki Hacı Aslanov tədbiri açıq elan edərək, iştirakçıları salamladı və uğurlar arzuladı. Dövlət himni səsləndirildikdən sonra Hərbi  kafedranın müəllimi, polis baş leytenantı Tural Cəfərov yarışın qaydaları haqqında şəxsi heyəti məlumatlandırdı.  Yarış, şəxsi heyətin rəhbərlə salamlaşma, yerində və yerişdə dönmələr, hərbi salamın verilməsi, taqımın mahnı ilə keçidi və təntənəli keçid mərhələləri üzrə baş tutmuşdur.

Münsiflər heyətinin rəyinə əsasən III kurs birinci,  II kurs ikinci, I kurs isə üçüncü yerə layiq görülmüşdür.
Yarışın nəticələrinə əsasən, kubok qalib olan III kursa təqdim edilmişdir.
 
 

Geriyə | Çap versiyası