xəbərlər

Polis Akademiyasının əməkdaşı Alpaqut Turan Döyüş Sənəti üzrə III Dünya Çempionatında iştirak edib

05.12.2022

 01-04 dekabr 2022-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə III Dünya Çempionatı keçirilmişdir.
Çempionatda 21 ölkədən 437 idmançı müxtəlif çəki dərəcələrində  üzrə Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut silahsız özünümüdafiə sistemləri üzrə mübarizə aparıblar. Yarışda  Azərbaycanı Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının müəllimi, polis kapitanı Natiq Eminov təmsil edib.
Təşkilat və nizam-intizam Komitəsinin üzvü, Kaçut sisteminin hakimi  N.Eminov Kaçut sisteminin silahsız özünümüdafiə (SÖM) bölməsində Türkiyə və  İraq idmançılarından daha yaxşı çıxış edərək birinci yerin qalibi olub. Çempionatda  Türkiyə I, Azərbaycan II, İraq isə III yerin kubokuna sahib olmuşlar.
N.Eminov Dünya Alpaqut Federasiyası tərəfindən keçirilən Alpaqut üzrə III Dünya Çempionatına təşkilatı dəstəyinə görə sertifikatla təltif olunmuşdur.
 
     
Geriyə | Çap versiyası