xəbərlər

Polis Akademiyasında Rusiya Federasiyası DİN-in xüsusi təyinatlı ali təhsil müəssisələrinin məzunlarının “Xüsusi hazırlıq kursu” təşkil olunmuşdur

15.12.2022

 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Daxili işlər orqanlarında peşə hazırlığının təşkili haqqında” Təlimatına əsasən Polis Akademiyasında 15 sentyabr 2022-ci il tarixindən 15 dekabr 2022-ci il tarixinədək Rusiya Federasiyası DİN-in xüsusi təyinatlı ali təhsil müəssisələrinin məzunlarının “Xüsusi hazırlıq” kursu təşkil olunmuşdur.
Kursda Rusiya Federasiyası DİN-in Rostov Hüquq, Voronej institutları, Volqoqrad, Nijeqorod Akademiyaları və Sank-Peterburq Universitetinin məzunları “Xüsusi hazırlıq” kursunu keçmişdir. 

 Qeyd olunan kursun məqsədi bu məzunlara polisin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinin öyrədilməsi olduğundan 3 ay müddətində dinləyicilərə 15 istiqamət üzrə (“Cinayət hüququ”, “Cinayət prosessual hüquq”, “Kriminalistika”, “Mülki və ailə hüququ”, “DİO-nun inzibati fəaliyyəti”, “DİO-da əməliyyat axtarış fəaliyyəti”, “DİO-da insan hüquqlarının təminatı”, “Azərbaycan dili və nitq mədəniyyəti”, “İnzibati məsuliyyət”, “Döyüş hazırlığı”, “Müasir informasiya texnologiyaları”, “Konstitusiya hüququ”, “DİO-da xüsusi texnika”, “Kriminologiya və cinayətlərin profilaktikası” və “DİO-da peşə etikası”) mövzuları planlaşdırılaraq dərslərin keçirilməsi təmin edilmişdir.

15 dekabr 2022-ci il tarixində “Xüsusi hazırlıq” kursunu bitirmiş məzunlarla keçirilən tədbirdə DİN-in Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov iştirak etmiş və dinləyicilərə öz dəyərli tövsiyyələrini verərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirin sonunda məzunlara sertifikatlar təqdim olunmuşdur.






Geriyə | Çap versiyası