xəbərlər
Polis Akademiyasında “Açıq qapı” tədbirləri davam etdirilir
26.01.2023


26 yanvar 2023-cü il tarixində Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonaqları Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 10 saylı tam orta məktəbin VI sinif və Polis Akademiyasında təhsil almaq istəyən XI sinif şagirdləri olmuşdur.
Şagirdlər Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları, kitabxana, kursant yeməkxanası və yataqxanalarla tanış edilmişlər. Bundan əlavə, şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilmiş, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilmişdir.
Sonda qonaqlara Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmış, fərqlənən şagirdlərə xatirə hədiyyələri təqdim edilmişdir.

