xəbərlər

Polis Akademiyasının əməkdaşı Cüdo idman növü üzrə “Usta cüdoçular arasında ölkə çempionatı” yarışında I yerin sahibi olmuşdur.

25.02.2023

23-24 fevral 2023-cü il tarixlərində Hövsan Olimpiya İdman kompleksində “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi” və “Azərbaycan Cüdo Federasiyası”nın birgə təşkil etdiyi Cüdo idman növü üzrə “Usta cüdoçular arasında ölkə çempionatı” keçirilmişdir.

Çempionatda 3 yaş (30-39 M1, 39-49 M2, 49-59 M3) kateqoriyasında ölkənin müxtəlif regionlarından 88 idmançı iştirak etmişdir. Sözügedən cüdoçular arasında Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının müəllimi, polis baş leytenantı Hikmət Alışov da 100 kq (M1) çəki dərəcəsində mübarizə aparmış və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, ölkə çempionu adını qazanmışdır.

Beləliklə, yer tutmuş idmançılar cari ilin iyun ayında Sloveniya Respublikasında təşkil olunacaq Avropa çempionatında iştirak hüququ qazanmışdır.
Yarışın sonunda yer tutmuş idmançılar “Gənclər və İdman Nazirliyi”nin və “Azərbaycan Cüdo Federasiyası”nın rəhbərliyi tərəfindən diplom və medallarla təltif olunaraq, milli komandanın tərkibinə daxil olunublar.
 

Geriyə | Çap versiyası