xəbərlər

DİN-in Polis Akademiyasında hazırda daxili işlər orqanlarında xidmət edən Vətən müharibəsi iştirakçıları ilə Əyani təhsil fakültəsinin 1-ci kurs kursantları arasında “Vətənpərvərlik” mövzusunda görüş keçirilmişdir

01.03.2023

01 mart 2023-cü il tarixində Polis Akademiyasında hazırda daxili işlər orqanlarında xidmət edən Vətən müharibəsi iştirakçıları ilə  Əyani təhsil fakültəsinin 1-ci kurs kursantları arasında “Vətənpərvərlik” mövzusunda görüş keçirilmişdir.
İlk olaraq Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və  dövlət himni səsləndirilmişdir. Daha sonra Akademiyaya dəvət olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı, “İgidliyə görə” medalı ilə təltif olunan, polis polkovnik-leytenantı Qurban Qaflanov, Binəqədi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunan Atəş Mehdiyev, Binəqədi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı, “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunması” və “Kəlbəcərin azad olunması” medalları ilə təltif olunan Samir Babayev, eləcə də Sabunçu RPİ-nin Post-Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı, 44 günlük Vətən Müharibəsi iştirakçısı Orxan Şükürov kursantlara təqdim edilmişdir.

Vətən Müharibəsi Qəhrəmanları müzəffər ordumuzun Vətən Müharibəsində göstərdiyi şücaət və rəşadətini əks etdirən tarixi anları kursantlarla bölüşmüş,  uzun illərdən bəri Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini, Vətən müharibəsi dövründə xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdiyini, ordumuzun misli görünməmiş qəhrəmanlıq və mərdliklə vuruşduğunu bildirmişlər. Həmçinin torpaqlarımızın azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, güc və qüvvət dilədiklərini, Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanmasından qürur və fəxarət hissi keçirtdiklərini qeyd etmişlər.
 
 
 

Geriyə | Çap versiyası