xəbərlər

“Açıq qapı” tədbiri şagirdlərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsini şərtləndirir

03.03.2023

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in təsdiq etdiyi tədbirlər planından irəli gələn vəzifələrin icrası ilə əlaqədar davam etdirilən silsilə tədbirlər çərçivəsində 03 mart 2023-cü  il tarixində Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis leytenantı Şərifli Müseyib və Abşeron rayonunda yerləşən Mehdiabad qəsəbə 4 saylı tam orta məktəbin IX-X şagirdləri Polis Akademiyasında “Açıq qapı” tədbirində iştirak etmişlər.

Şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilmiş, kursantların maddi, sosial təminatları və imtiyazları barədə ətraflı məlumatlar verilmişdir. Eyni zamanda, şagirdlər tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanaları ilə tanış edilmişlər.
Sonda şagirdlərə Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmış və xatirə şəkilləri çəkilmişdir.
 
 
 

Geriyə | Çap versiyası