xəbərlər
Polis Akademiyası kursantları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
11.03.2023
Kursantlar arasında Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin təbliğatının genişləndirilməsi, eləcə də vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət hisslərinin artırılması istiqamətində tədbirlərin davamı olaraq 11 mart 2023-cü il tarixində Polis Akademiyasının III kursunun 25 kursantı ilə Milli Azərbaycan Tarixi Muzeyinə gəzinti təşkil olunub.
Muzeyin bələdçisi şəxsi heyəti müşayiət edərək eksponatlar barədə ətraflı məlumat verib. Bələdçi 9 otaqdan ibarət Milli Azərbaycan Tarixi Muzeyində əvvəlcə Hacı Zeynalabdin Tağıyevin iş kabineti və ordakı əşyaları – kitab şkafı, yazı masası, ailəvi fotoalbom, həmçinin Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri haqqında şəxsi heyəti geniş məlumatlandırıb. Muzeyin gözəlliyi və möhtəşəmliyi ilə seçilən Şərq zalında tavanların xüsusi zövqlə bəzədilməsi və Quran ayələrinin yazılmasında qızıldan istifadə olunması kursantların diqqətinə çatdırılıb. Daha sonra kursantlar sütunlu tağlar, görkəmli yazıçı və şairlərin, tarixçilərin əsərləri ilə dolu olan zəngin kitabxana, divarlarına məxməri-ipək parça çəkilmiş yemək otağı, H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın otağı və digər otaqlarla da tanış olublar.
Ekskursiya boyunca xatirə şəkilləri çəkilib.