xəbərlər

Polis Akademiyasında “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı ingilis dilində şifahi nitq müsabiqəsi keçirilib.

30.03.2023

30 mart 2023-cü il tarixində Polis Akademiyasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Dil hazırlığı kafedrasının təşkilatçılığı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan" adlı ingilis dilində şifahi nitq müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. Daha sonra Dil hazırlığı kafedrasının rəisi, polis polkovnik-leytenantı Elçin Orucov iştirakçılara müsabiqənin şərtləri barədə ətraflı məlumat verib.

Müsabiqədə Akademiyanın Əyani fakültəsində təhsil alan I, III və IV  kurs üzrə ümumilikdə 19 kursant şəxsi birincilik uğrunda şifahi çıxış edərək, öz natiqlik qabiliyyətlərini nümayiş ediblər. İştirakçıların çıxışları 10 ballıq sistemlə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə III kurs IV taqım kursantı Məmmədov Qəhrəman 1-ci, I kurs VI taqım kursantı Nadirov Ülvi 2-ci və III kurs VIII taqım kursantı Aslanov Emil 3-cü yerə layiq görülüb.
Sonda qaliblərə qiymətli hədiyyələr və sertifikatlar təqdim olunub.



Geriyə | Çap versiyası