xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in Ufa Hüquq institutunun təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq tədris-metodiki seminarda iştirak etmişdir.

30.03.2023

30 mart 2023-cü il tarixində Rusiya Federasiyası DİN-in Ufa hüquq institutunun təşkilatçılığı ilə “İnformasiya-telekommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş hüquqpozmalara və cinayətlərə qarşı mübarizə sahəsində bilik və bacarığın inkişafına yönəlmiş fənlərin tədrisi üzrə təcrübəsi” mövzusunda videokonfrans formatında Beynəlxalq tədris-metodiki seminar keçirilmişdir.

Rusiya, Monqolustan, Qazaxıstan və Tacikistanın xüsusi təyinatlı ali təhsil müəssisələrinin tanınmış alimləri və aparıcı mütəxəssislərinin yer aldığı seminarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “İctimai elmlər” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov iştirak etmişdir.
Seminarı giriş sözü ilə açan Rusiya DİN-in Ufa Hüquq İnstitutunun “Kriminalistika” kafedrasının rəisi, h.e.n. Nuqayeva Elvira Dəmirovna seminar iştirakçılarını salamlayaraq, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş hüquqpozmalara qarşı mübarizə sahəsində zəruri bacarıqların əldə olunması və inkişafına yönəlmiş fənlərin tədrisi zamanı yeni biliklərin əldə olunmasının vacibliyini və beynəlxalq təcrübənin əhəmiyyətini qeyd edərək, tədbir iştirakçılarına səmərəli müzakirələr aparılması istiqamətində uğurlar arzulamışdır.

Həmçinin seminarda “DİN-in təhsil müəssisələrində peşəkar bilik və bacarıqların formalaşması: Rusiya DİN-in Ural Hüquq İnstitutunun müsbət təcrübəsi”, “Asayişin keşiyində duran könüllülər: informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən hüquqpozmalara və cinayətlərə qarşı mübarizə”, “Rusiya DİN-in Ufa Hüquq İnstitutunun təhsilalanları ilə rəqəmsal sübutların aşkarlanması, fiksasiyası və ələ keçirilməsi bacarıqlarının formalaşdırılması üzrə praktiki dərslərin keçirilməsi metodikası”, “Tədris prosesində Astra-Lunix əməliyyat sistemindən istifadə (“Kibertəhlükəsizliyin əsasları” fənni timsalında)”, “DİO əməkdaşlarının fəaliyyətində pedaqogika və psixologiya” mövzularında çıxışlar edilmişdir.
Seminar ümumilikdə işgüzar və səmərəli şəkildə keçirilmişdir.


Geriyə | Çap versiyası