xəbərlər

Ulu Öndərin anadan olmasının 100 illiyi “Qaraheybət” hərbi təlim mərkəzində də yad edilmişdir

10.05.2023

 10 may 2023-cü il tarixində Polis Akademiyasının II kurs kursantları və daxili qoşunların şəxsi heyətinin birgə iştirakı ilə “Qaraheybət” hərbi təlim mərkəzinin sıra meydanında sıra düzülüşü keçirilmişdir. Tədbir II kursun rəis müavini, polis leytenantı Tunar Xəlilovun məruzəsi ilə başlamışdır. Məruzədən sonra hərbi kafedranın rəisi, polis polkovniki Hacı Aslanov şəxsi heyəti salamladıqdan sonra Ümumilli lider Heydər Əliyevin, şəhidlərimizin və xidməti vəzifələrinin icrası zamanı həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni şəxsi heyət tərəfindən ifa olunmuşdur. Hacı Aslanov çıxışında bildirmişdir ki, Ulu öndərin ordu qurculuğu siyasəti cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə yeni mərhələyə qədəm qoydu. Dövlət başçısının müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunun cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması ü çün dayaq nöqtəsi, beynəlxalq birliyin ən etibarlı tərəfdaşı, hüququn, qanunçuluğun, demokratik prinsiplərin ali tutulduğu “sabitlik adası”, inkişaf məkanıdır.
Daha sonra II kurs kursantı, polis sıravisi Yunis Əliyev Heydər Əliyevin ictimai-siyasi vəziyyəti, həyat fəaliyyəti və xatirəsinin əbədiləşdirilməsi istiqamətində çıxış etmişdir.
Çıxışlardan sonra şəxsi heyətin təntənəli keçidi baş tutmuşdur. Təntənəli keçiddən sonra isə kursun taqımları arasında Kalaşnikov avtomatının sökülməsi və yığılması normativləri əsasında yarış keçirilmiş və qaliblər müəyyən olunmuşdur.
Tədbirin sonunda şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə musiqili bayram konserti təşkil olunmuşdur.
 
 


        


Geriyə | Çap versiyası