xəbərlər

Polis Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib

12.05.2023

12 may 2023-cü il tarixində DİN-in Polis Akademiyasında “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq IV kurs kursantları arasında DİO-nun inzibati fəaliyyəti fənnindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib. Yarışda hər biri 4 nəfərdən ibarət olmaqla 6 komanda iştirak edirdi.

Yarışın rəsmi hissəsi Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı və Azərbaycan Respublikasının dövlət himni oxundu.

Daha sonra DİO-nun inzibati fəaliyyəti kafedrasının müəllimi, polis leytenantı İlkin Ələkbərov tərəfindən yarışın qaydaları və münsiflər heyətinin tərkibi elan edildi. Qaydalara uyğun olaraq bilik yarışı hər biri altı sualdan ibarət olmaqla üç mərhələdə təşkil edilmişdir.

Yarışın gedişində müxtəlif dövlətlərin polis orqanlarının inzibati fəaliyyət təcrübəsindən gətirilən nümunələr iştirakçıların marağına səbəb oldu.

Qaliblər müəyyənləşdirildikdən sonra ilk üç yeri tutmuş komandalar mükafat və sertifikatlarla təltif olundu.  
Sonda bu qəbildən olan tədbirlərin təhsilalanların milli dövlətçilik ruhunda formalaşması və peşəkar-zabit kadrları olaraq yetişmələrinə xidmət etdiyini qeyd edildi.
 
 
 

Geriyə | Çap versiyası