xəbərlər

Polis Akademiyasının kursantları “Dördüncü Sənaye İnqilabı və informasiya texnologiyaları” mövzusunda təşkil olunmuş konfransda iştirak ediblər

12.05.2023

11 may 2023-cü il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə “Dördüncü Sənaye İnqilabı və informasiya texnologiyaları” mövzusunda təşkil olunmuş konfransda Polis Akademiyası rəisinin tədris işləri üzrə köməkçisi, dosent Səməd Hümbətov, Akademiyanın əməkdaşı, polis baş leytenantı Elməddin Hüseynov və “İnformasiya təhlükəsizliyi” fakültəsinin kursantları iştirak etmişlər.

Giriş sözü ilə konfransı açan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi İşlər üzrə prorektoru, professor Lətafət Qardaşova Süni intellektin geniş tətbiqi və xüsusi əhəmiyyətindən danışmışdır. Konfransın plenar iclaslarında “Rəqəmsal transformasiyanın idarə edilməsi”, ”Big data”, “Kibertəhlükəsizlik”, “Dördüncü Sənaye İnqilabında süni intellekt” və digər mövzular üzrə çıxışlar olmuşdur.

Əməkdaşların birgə hazırladığı “Logistik informasiyanın idarə edilməsi üçün müasir konsepsiyalar” adlı elmi məqalə konfransın təşkilat komitəsinə təqdim olunmuş, informasiya texnologiyaları sahəsində aktual mövzular üzrə məruzələr dinlənilmişdir.

Geriyə | Çap versiyası