xəbərlər

Polis Akademiyasının əməkdaşı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib

18.05.2023

18 may 2023-cü il tarixində Odlar Yurdu Universitetininin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dördüncü Sənaye İnqilabı və iqtisadiyyatın rəqəmsallaşdırılması” adlı beynəlxalq elmi konfransda DİN-in Polis Akademiyasının Cinayət hüququ kafedrasının müəllimi, polis leytenantı İmamverdi Rəhimov iştirak etmişdir. Tədbirdə həmçinin, ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri, Türkiyə Respublikası İKSAD İnstitutunun rəhbərliyi, professor-müəllim heyəti və Türkiyə Respublikasından olan digər qonaqlar iştirak etmişlər.    

Tədbirdən öncə konfrans iştirakçıları müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Odlar Yurdu Universitetinin foyesində qoyulmuş büstünü ziyarət etmişlər.   

İlk öncə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilmiş, daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  
Konfransda “Aktual iqtisadi çağırışlar kontekstində Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu iqtisadi siyasət”, “Heydər Əliyevin sosial-iqtisadi siyasətinin prioritet yanaşma metodologiyası” və digər iqtisadi mövzular haqqında ətraflı çıxışlar edilmişdir.

Ümumilikdə konfrans səmərəli şəkildə baş tutmuşdur.
 

Geriyə | Çap versiyası