xəbərlər
Polis Akademiyasının əməkdaşı Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkil etdiyi təlimdə mühazirə oxuyub
19.05.2023


S.Ağayev “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi əsasında cinayət işinin başlanması mərhələsində yetkinlik yaşına çatmayan şəxslərin müdafiə hüququnun həyata keçirilməsi problemləri“ mövzusunda mühazirə oxuyub. İştirakçıların marağına səbəb olan bu mövzu üzrə dosent mühazirədə ilkin yoxlama aparılan yetkinlik yaşına çatmayan şəxsin hüquqi statusunu Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi əsasında müəyyən etmək, müdafiəçinin cinayət işinin başlanması mərhələsində bu şəxsə qarşı ilkin yoxlamanın aparılmasında məcburi iştirakını təmin etmək kimi vacib məsələləri diqqətə çatdırıb.
Təlimdə həmçinin Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Bakı şəhər Baş Polis İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin və digər idarələrin əməkdaşları proqram üzrə təqdimatlar ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.