xəbərlər

Polis Akademiyasında təlim-tədris prosesində aparılan islahatların davamı olaraq simulyasiya dərsləri keçirilir

27.05.2023

Polis Akademiyasında təlim-tədris prosesində aparılan islahatların davamı olaraq Akademiyanın tədris modulunda, kriminalistik poliqonunda və məhkəmə otağında təcrübə dərsləri keçirilir.  Bu tip simulyasiya xarakterli dərslərin keçirilməsində məqsəd kursantlarda nəzəri biliklərin təcrübədə tətbiq edilməsi vərdişlərinin yaradılması, onlarda prosessual danışıq qabiliyyətinin formalaşması və gələcək fəaliyyətlərində təyin olunacaqları vəzifəyə tez adaptasiya olmasından ibarətdir.

Növbəti simulyasiya xarakterli dərs məhkəmə otağında “Cinayət prosesi” kafedrasının müəllimi polis mayoru Rafik Quliyev tərəfindən akademiyanın əyani təhsil üzrə III kurs kursantları ilə həbs qətimkan tədbirinin seçilməsi mövusunda keçirilmişdir. Mövzu üzrə kursantlar arasında qabaqcadan rol bölgüsü aparılmış və onların sıralarından hakim, məhkəmə iclas katibi, prokuror, müstəntiq, vəkil və təqsirləndirilən şəxs seçilmişdir. Kursantlara əvvəlcədən verilmiş fabula üzrə təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsində həbs qətimkan tədbirinin seçilməsinə baxılmışdır.
Keçirilmiş praktiki dərs kursantlar tərəfindən maraqla qarşılanmışdır.
 
 
 
 

Geriyə | Çap versiyası