xəbərlər

“Heydər Əliyev İli”nə həsr olunmuş “Mini futbol” üzrə akademiya birinciliyi haqqında M Ə L U M A T

26.05.2023

2023-cü il aprel ayının 04-dən may ayının 26-sına kimi həftənin II və V günləri, saat 16:30-da Akademiyanın idman meydançasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Mini futbol” üzrə Akademiya birinciliyi keçirilmişdir.
Yarış öncədən yazılmış qaydalara və senariyə uyğun olaraq Fiziki hazırlıq kafedrasının baş müəllimi, polis baş leytenantı Məhəmməd Məmmədli və müəllimi, polis kapitanı Natiq Eminov tərəfindən təşkil edilib keçirilmişdir.
Tədbirdə 12 komanda hər komandada isə 9 nəfər olmaqla ümumi 108 nəfər iştirakcıdan 66 nəfəri əyani təhsilalan kursantlar, 42 nəfəri isə daimi heyətin əməkdaşları iştirak edirdilər.
Yarışda IV kurs V taqımın kursantı Səmədli Ümüd ən yaxşı texnikalı oyunçu olaraq seçildiyi üçün sonda diplomla təltif edilmişdir.

Beləliklə, yarışın sonunda 12 komanda içərisində Dəmir yumuruq komandası I, Xəzər komandası II, Mübarizlər komandası isə III yerə layiq görülmüşdülər.
Tədbirin sonunda yer tutmuş komanda üzvləri Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov, birinci müavini polis palkovniki Vüqar Mansurov və döyüş və xidməti hazırlıq üzrə rəis müavini, polis polkovniki İlyas İsayev tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşdurlar.
 
 

Geriyə | Çap versiyası