xəbərlər

Polis Akademiyasının əməkdaşı “II Milli Kibertəhlükəsizlik Forum”unda iştirak edib

31.05.2023

31 may 2023-cü il tarixində Baku Marriott Boulevard Hoteldə keçirilən “II Milli Kibertəhlükəsizlik Forum”unda DİN-in Polis Akademiyasının “DİO-da əməliyyat-axtarış fəaliyyəti” kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Məmmədov iştirak etmişdir.

Forumu giriş sözü ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosassiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Elvin Balacanov açaraq, forumun əsas məqsədi barədə məlumat vermişdir. Forumda əlaqəli dövlət qurumlarının, özəl şirkət və təşkilatların rəhbər və ekspertləri, Milli Məclisin deputatları iştirak etmişlər.

350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi forum çərçivəsində milli kibertəhlükəsizlik ekosistemi, Türk Dövlətləri Təşkilatı kontekstində kibertəhlükəsizlik, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik həlləri və startaplar, kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları və maarifləndirmə mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə təqdimatlar göstərilmiş və maraqlı müzakirələr aparılmışdır.
Forum ümumilikdə işgüzar və səmərəli şəkildə baş tutmuşdur.
 

Geriyə | Çap versiyası