xəbərlər

Azərbaycan Diplomatik Akademiyasında keçirilən tədbirdə Polis Akademiyasının əməkdaşı və kursantları iştirak etmişlər

26.05.2023

26 may 2023-cü il tarixində Azərbaycan Diplomatik Akademiyasında “Azərbaycan qanunvericiliyində kibercinayətlər və kibertəhlükəsizlik” mövzusunda panel müzakirəsi keçirilmişdir. Tədbirdə Polis Akademiyasının “DİO-da əməliyyat-axtarış fəaliyyəti” kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Məmmədov və akademiyanın kursantları iştirak etmişlər.

O.Məmmədov “Daxili işlər orqanlarının fəaliyyətində kibercinayətlərə qarşı mübarizənin aktual problemləri” mövzusunda təqdimatla çıxış etmişdir. Konfransda həmçinin, “Azərbaycan Respublikasında Kibertəhlükəsizlik sahəsində milli strategiya və qarşıya qoyulmuş məqsədlər”, “Milli qanunvercilikdə kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı boşluqlar”, “Kibertəhlükəsizliklə bağlı milli və beynəlxalq qanunvericiliyin müqayisəli təhlili” və “Kibercinayətlərin istintaqı zamanı meydana çıxan aktual məsələlər və beynəlxalq əməkdaşlıq” mövzularında çıxışlar edilmişdir.

Tədbirdə qeyd olunan mövzular üzrə iştirakçılar tərəfindən təqdimatlar edilmiş, elmi müzakirələr və  diskusiyalar keçirilmişdir.
 
 

Geriyə | Çap versiyası