xəbərlər
Polis Akademiyasının əməkdaşı və kursantları Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən konfransda iştirak ediblər
25.05.2023
25 may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi təyinatlı ali təhsil müəssisələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Ümummilli lider Heydər Əliyev və hüquq mühafizə orqanları” mövzusunda elmi-praktik konfrans keçirilib.
İlk olaraq Ulu öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği məqsədilə keçirilən konfransın əhəmiyyətindən bəhs edib.
Konfransda DİN-in Polis Akademiyasının “Cinayət prosesi” kafedrasının müəllimi, polis mayoru Rafik Quliyev H.Əliyevin Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işlər, xüsusilə hüquq-mühafizə orqanlarının formalaşmasındakı rolundan bəhs edib. Bundan başqa Polis Akademiyasının I kurs kursantı Yusif Abuzərli “Ümumilli lider Heydər Əliyev və hüquq islahatları” mövzusunda tezislə çıxış edib.
Sonda Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan videoçarx nümayiş olunub.