xəbərlər

Özbəkistan Respublikası DİN-in Polis Akademiyasında keçirilən beynəlxalq elmi-praktik konfransda Polis Akademiyasının əməkdaşı iştirak edib

27.05.2023

26 may 2023-cü il tarixdə Özbəkistan Respublikası DİN-in Polis Akademiyasında “Məhkəmə ekspertizası sahəsinin müsair təhdidlərə uyğunluğu və qabaqcıl naliyyətlərə əsaslanan inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası  DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin rəis müavini, polis baş leytenantı Fikrət Əliyev, həmin İdarənin şöbə rəisi, polis polkovniki Ağasadıq Əliyev və Polis Akademiyasının Kriminalistika kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Yaqublu iştirak etmişlər.

Tədbirə dəvət olunmuş qonaqlar arasında Belarus Respublikası Dövlət Məhkəmə Ekspertizası Komitəsinin, Qazaxıstan Respublikası DİN-in M.Bukenbayev adına Aktobe hüquq institutunun, Qazaxıstan Respublikası DİN-in Əməliyyat və Məhkəmə Ekspertizası İdarəsinin, Rusiya Federasiyası DİN-in Kriminalistika və Məhkəmə Ekspertizası Mərkəzinin, Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyinin, BƏƏ-nin və Səduyə Ərəbistanın Daxili İşlər Nazirliyinin və bir sıra beynəlxalq təşkilatlarının nümayəndələri olmuşlar.

Tədbiri giriş sözü ilə açan Özbəkistan Respublikası DİN-in İnformasiya texnologiyaları üzrə nazir müavini konfransa gəlmiş qonaqları salamlayaraq cinayətkarlığa qarşı mübarizənin aparılmasında məhkəmə ekspertizası fəaliyyətinin rolu və bu sahədə olan inkişafın nailiyyətlərindən istifadə imkanları barədə məlumat vermişdir.

İlk olaraq qonaqlar Özbəkistan Respublikası DİN-in Polis Akademiyasının tədris auditoriyaları, kriminalistik labarotoriyalar və xüsusi vasitələrlə tanış edilmiş, daha sonra tədbir konsert proqramı ilə davam etmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Ulu öndər Heydər Əliyevin Özbəkistan Respublikası Daşkənd şəhərində yerləşən abidəsini ziyarət etmiş, daha sonra isə “Azərbaycan Mədəniyyət Evi” ilə tanış olmuşlar.

27 may 2023-cü il tarixində qonaqlar Özbəkistan Respublikasının Səmərqənd şəhərinə səfər edərək Səmərqənd vilayəti Daxili İşlər İdarəsinin Təhlükəsizlik Mərkəzində biometrik eyniləşdirmə, süni intellekt və məlumatların rəqəmsal axtarış sistemi ilə tanış olmuş, həmçinin Səmərqənd vilayəti Daxili İşlər İdarəsindən hadisə yerinə baxış və maddi sübutların aşkar edilməsi, keyfiyyətli toplanılması üzrə istintaq-əməliyyat qrupları üçün təlim keçirilmişdir.
Ümumilikdə tədbir işgüzar və səmərəli şəkildə baş tutmuşdur.  
 
 
 
 

Geriyə | Çap versiyası