xəbərlər

Təlim-tədris prosesində aparılan islahatların davamı olaraq Polis Akademiyasında növbəti simulyasiya dərsi keçirilib

08.06.2023

 Təlim-tədris prosesində aparılan islahatların davamı olaraq Polis Akademiyasının tədris modulunda, kriminalistik poliqonunda, interaktiv təlim otaqlarında və məhkəmə otağında təcrübə dərsləri keçirilir. Bu növ simulyasiya xarakterli dərslərin keçirilməsində məqsəd kursantlarda nəzəri biliklərin təcrübədə tətbiq edilməsi vərdişlərinin yaradılması, onlarda prosessual danışıq qabiliyyətinin formalaşması və gələcək fəaliyyətlərində təyin olunacaqları vəzifəyə daha tez adaptasiya olmalarından ibarətdir.

 08 iyun 2023-cü il tarixdə İnzibati-prosessual hüquq fənnindən Birinci instansiya (İnzibati) məhkəmələrində icraat mövzusunda məhkəmə otağında növbəti simuliyasiya xarakterli dərs “DİO-nun inzibati fəaliyyəti “kafedrasının müəllimi, polis leytenantı İlkin Ələkbərov tərəfindən keçirilib. Mövzu üzrə kursantlar arasında əvvəlcədən rol bölgüsü aparılıb və onların sıralarından hakim, məhkəmə iclas katibi, iddiaçı,  cavabdeh, vəkil və məhkəmə iclasına cəlb edilən üçüncü şəxslər seçilib. İnzibati mübahisələrə dair baxılan məhkəmə icraatında iştirakçılar öz fikirlərinin hüquqi əsasını göstəriblər. İcraatın gedişində Azərbaycan Respublikasının Konstitusiyasına, İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və məsələnin xarakterindən asılı olaraq müxtəlif sahəvi qanunlara istinadlar edilib.
Keçirilmiş praktiki dərs kursantlar tərəfindən maraqla qarşılanıb.
 
 
 
 
 
Geriyə | Çap versiyası