xəbərlər

Polis Akademiyasının əməkdaşı Azərbaycan Texniki Universitetində keçirilən elmi-praktik seminarda iştirak edib

12.06.2023

 12 iyun 2023-cü il tarixində Azərbaycan Texniki Universitetində “Kriptoqrafiya” mövzusunda keçirilən elmi-praktik seminarda DİN-in Polis Akademiyasının “DİO-da əməliyyat-axtarış fəaliyyəti” kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Məmmədov iştirak edərək “Kibertəhlükəsizlik kontekstində kriptoqrafiyanın əhəmiyyəti” mövzusunda çıxış edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosassiyasın sədri Elvin Balacanov çıxışçıları və iştirakçıları salamlayaraq, keçirilən elmi-praktik seminarın aktuallığı və əhəmiyyəti barədə məlumat verib.

Seminarda “İnformasiya təhlükəsizliyi ixtisasında tələbəyönümlü tədrisin təşkili”, “Blokçeyn texnologiyalarında kriptoqrafiyanın rolu”, “İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil proqramlarında kriptoqrafiya: mövcud problemlər və perspektivlər”, “Kriptoqrafik təhlükəsizlik protokolları” və digər mövzularda çıxışlar edilib.
Seminarda qeyd olunan məsələlər və mövzular üzrə iştirakçılar tərəfindən suallar ünvanlanıb,  təqdimatlar edilib, elmi müzakirələr və diskusiyalar keçirilib.

Əlavə olaraq, AKTA-nın təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində xarici mütəxəssislər tərəfindən ingilis dilində ölkənin ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi ixtisası üzrə bakalavr təhsili alan tələbələr üçün 12 iyun tarixindən 16 iyun 2023-cü il tarixinədək davam edəcək kriptoqrafiya sahəsi üzrə təlim başlanıb. Təlimdə Polis Akademiyasını “İnformasiya təhlükəsizliyi” fakültəsinin  4-cü kurs kursantları Quliyev Elşad, Hüseynov Rəşid, Həsənəliyev Fərid və Haqverdi Məmməd təmsil edirlər.
Təlimin sonunda iştirakçılar arasında kriptoqrafiya sahəsi üzrə bilik yarışının həyata keçirilməsi nəzərdə tutulub.
 
 
 

Geriyə | Çap versiyası