xəbərlər

Ağır cinayətlərin istintaqı şöbəsinin rəis müavini Polis Akademiyasında mühazirə oxumuşdur

13.06.2023

13 iyun 2023-cü il tarixdə Polis Akademiyasında əyani təhsil üzrə III kursun kursantları ilə keçirilən mühazirəyə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin rəis müavini, polis polkovniki Vüqar Tağıyev dəvət olunmuşdur. “Cinayət-prosessual hüquq” fənnindən “İbtidai araşdırmanın ümumi şərtləri və təqsirləndirilən şəxs qismində cəlbetmə” mövzusunda təşkil edilən mühazirə kursun hər iki birləşməsində keçirilmişdir.

V.Tağıyev ibtidai araşdırma mərhələsinin cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək icraatın cinayət-prosessual qanunvericliyin aidiyyəti maddələri əsasında aparıldığını qeyd etməklə, bu mərhələnin qarşısında duran vəzifələr və onların əhəmiyyəti barədə kursantlara ətaflı məlumat vermişdir.

Mühazirədə təqsirləndirilən şəxs qismində cəlb etmənin ilkin ittihamın ibtidai istintaq zamanı irəli sürülməsində ifadə olunması, cinayət təqibi orqanının cinayət qanunu ilə qadağan edilmiş əməlin müəyyən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi üzrə fəaliyyət olduğu, həmçinin təqsirləndirilən şəxs qismində cəlb olunmanın şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə dair fikir mübadiləsi  aparılmışdır.

Dərsin sonunda polkovnik Vüqar Tağıyev icraatda olan cinayət işlərinin istintaqı ilə bağlı bəzi məlumatları kursantlarla bölüşmüş və istintaqın qarşısında duran müasir problemlər və onların qanunvericilik həllindən danışmışdır. Kursantları maraqlandıran suallar cavablandırılmış və xatirə şəkli çəkilmişdir.
 
 
 

Geriyə | Çap versiyası