xəbərlər

Polis Akademiyasının əməkdaşı beynəlxalq elmi-praktik konfransda iştirak edib

09.06.2023

09 iyun 2023-cü il tarixində Rusiya Federasiyası DİN-in Krasnodar universitetində “Hüquq-mühafizə fəaliyyətinin inzibati hüquqi tənzimlənməsi: nəzəriyyə və təcrübə” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirliyinin təhsil müəssisələrinin professor-müəllim heyətinin, Rusiya Federasiyası DİN-in məsul şəxslərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri və əməkdaşlarının iştirak etdiyi konfransda DİN-in Polis Akademiyasını DİO-nun inzibati fəaliyyəti kafedrasının dosenti, h.ü.f.d., dosent, polis polkovniki Şahin Şükürov təmsil edərək “Hüquq-mühafizə orqanlarının və cəmiyyətin qarşılıqlı əməkdaşlıq institutunun təşkilinin aktuallığı” mövzusunda çıxış edib.

Həmçinin konfransda “Rusiya Federasiyasının inzibati hüquqpozmalar haqqında prossesual məcəlləsinin layihəsi konteksində inzibati-prossesual münasibətlərin hüquqi tənzimlənməsinin aktual məsələləri”, “Cinayətlərin aşkar edilməsi və açılması sahəsində polis sahə inspektorları səlahiyyətlərinin dəqiqləşdirilməsi məsələsinə dair”, “Hüquq-mühafizə fəaliyyətində inzibati-müqavilə münasibətlərinin növləri”, “Yeni Özbəkistanda inzibati islahatların keçirilməsi mərhələləri və xüsüsiyyətləri”, “İnformasiya texnologiyalarının istifadəsi vasitələri üzrə miqrasiya sahəsində Rusiya Federasiyası DİN-in funksiyalarının təkmilləşdirilməsi”, “Məcburi miqrant” anlayışı məsələsinə münasibət” mövzularında məruzələr dinlənilib, elmi diskussiyalar aparılıb.
Seminar ümumilikdə işgüzar və səmərəli şəkildə keçirildi.



 

Geriyə | Çap versiyası