xəbərlər

DİN-in Polis Akademiyasında İxtisasartırma və təkmilləşdirmə fakültəsində növbəti Andiçmə mərasimi keçirilib

25.06.2023

25 iyun 2023-cü il tarixdə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun iştirakı ilə İxtisasartırma və təkmilləşdirmə fakültəsində “İlkin hazırlıq” kursunu bitirmiş əməkdaşların Andiçmə mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə açan polis general-mayoru Canpolad Daanov dinləyiciləri kursu bitirmələri münasibəti ilə təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində təhsil aldıqları müddətdə əldə etdikləri nəzəri biliklərin tətbiqi sahəsində uğurlar əldə etməyi və hər birinə daxili işlər orqanlarında layiqli xidmət etmələrini tövsiyə etdi.

Çıxışında təhsildə aparılan yeni innovativ metodlara toxunan C.Daanov bu kursda da mütəmadi aralıq yoxlamaların keçirilməsini, eyni zamanda daxili işlər orqanlarının ayrı-ayrı xidmət sahələrini tənzimləyən normativ-hüquqi aktların öyrənilməsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd etdi.

Məzunlar adından çıxış edən polis leytenantı Aslanova Aytac Aslan qızı təhsil aldıqları müddətdə onlara yaradılmış şəraitə görə Daxili İşlər Nazirliyi və Akademiya rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.
 
 
 
 

Geriyə | Çap versiyası