xəbərlər

Bədii yaradıcılıq müsabiqə-festivalının qalibi olan Polis Akademiyasının əməkdaş və kursantları diplom və hədiyyələrlə mükafatlandırılıblar

25.06.2023

24 iyun 2023-cü il tarixində Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yübileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Polis Akademiyasının əməkdaşları Fiziki hazırlıq kafedrasının baş müəllimi, idman ustası, polis kapitanı Natiq Eminov və Dil hazırlığı kafedrasının müəllimi, filalogiya üzrə fəlsəfə doktoru Fərqanə Əliyeva “Gənc nəslin milli-mədəni ruhda tərbiyə olunmasındakı nailiyyətlərə görə” diplomu ilə təltif olunublar. Həmçinin,  IV kurs kursantı Rəhim Rəhimli bədii qiraət (klassik-ədəbiyyat) üzrə I yer, III kurs kursantları Manaf Gülmalıyev aşıq müsiqisi üzrə III yer, Emil Aslanov, Güloğlan İsmayılzadə, Səyyad Əliyev, Fərid Ələkbərov və I kurs kursantı Murad Bayramov isə fəal iştirakına görə diplomlar və hədiyyələrlə  mükafatlandırılıblar.



Geriyə | Çap versiyası