xəbərlər

Polis Akademiyasında"qaynar xətt" xidməti fəaliyyətə başlayıb

15.09.2023

Vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və çevik formada əlaqələndirilməsi məqsədilə DİN-in Polis Akademiyasında “8880” nömrəli "qaynar xətt" xidməti fəaliyyətə başlayıb.
 "Qaynar xətt” daxili işlər orqanlarında xidmət olaraq Polis Akademiyasında əyani və qiyabi təhsilə qəbul qaydaları, Akademiyada təhsilin üstünlükləri ilə bağlı məlumatlanmaq və Akademiyaya dair digər məsələlər ilə əlaqədar zənglərin operativ cavablandırılaraq aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir.

“8880” "Qaynar xətt" xidməti iş günlərində saat 09:00-dan 18:00-dək, şənbə günü saat 09:00-dan - 14:00-dək, qeyri-iş vaxtlarında isə avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir.


Geriyə | Çap versiyası