xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndəsi Polis Akademiyasında mühazirə oxuyub

23.09.2023

23 sentyabr 2023-cü il tarixində Polis Akademiyasında təhsil alan kursantların elmi biliklərinin və tarixi təfəkkürünün inkişaf etdirilməsi məqsədilə “İctimai elmlər” kafedrasının əməkdaşları tərəfindən tədris olunan “Azərbaycan tarixi” fənni üzrə  “Azərbaycan III-VII əsrlərdə, feodal münasibətlərinin yaranması” mövzusu üzrə mühazirənin keçirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Antropologiya üzrə Ekspert Şurasının sədr müavini, tarix elmləri doktoru, professor Qafar Cəbiyev Polis Akademiyasına dəvət olunub.

Mühazirə zamanı professor Qafar Cəbiyev Albaniya dövlətinin yaranmasından etibarən dövlətin daxili və xarici siyasəti, Girdiman ərazilərinin lokalizəsi ilə bağlı tarixşünaslıqda olan elmi mülahizələr, Albanşünaslığın aktual problemləri, bu sahədə görülmüş işlərlə yanaşı, aparılacaq tədqiqatlarla bağlı qarşıda duran vəzifələr barədə danışıb. Q.Cəbiyev eyni zamanda Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan ordusunun rəşadəti ilə 44 günlük Vətən müharibəsində və qısa müddət davam etməklə Azərbaycanın suverenliyinin bərpa olunması ilə nəticələnmiş lokal antiterror əməliyyatı zamanı Azərbaycanın əldə etdiyi tarixi qələbə barədə ətraflı və tutarlı elmi faktlarla kursantlara geniş məlumat verib.
Mühazirənin sonunda mövzu ilə əlaqədar kursantları maraqlandıran suallar cavablandırılıb.
 

Geriyə | Çap versiyası