xəbərlər
Polis Akademiyasında detektiv yazar Müşfiq Abbasov ilə görüş keçirilib
24.10.2023
Sonra söz müəllifə verilib. Müşfiq Abbasov ilk öncə Polis Akademiyasının rəhbərliyinə öz təşəkkürünü bildirib və polis peşəsinin önəmliliyini və şərəfliliyini xüsusilə vurğulayıb. Müəllif Azərbaycan polisinin respublikada törədilən cinayətlərin açılmasındakı fəaliyyətini işıqlandıran “Şeytanın Siması” kitabının onun sayca üçüncü kitabı olduğunu və mövzunun real hadisələr əsasında qələmə alındığını bildirib.
Görüşdə daha öncədən kursantlar tərəfindən mütaliə olunmuş “Şeytanın Siması” əsəri təhlil olunaraq “Mən əməliyyat müvəkkili olsaydım nə edərdim?” sualı ətrafında kursantların rəyləri dinlənilib. Kitabdakı mövzular ətraflı müzakirə edilib və kursantları maraqlandıran suallar müəllif tərəfindən cavablandırılıb.
Sonda Müşfiq Abbasov müəllifi olduğu “Şeytanın Siması” kitabını ürək sözlərini qeyd edərək tədbir iştirakçılarına və Polis Akademiyasının Kitabxanasına hədiyyə edib.







