xəbərlər
Polis Akademiyasında “Zəfər Günü” və “Bayraq Günü” çərçivəsində keçirilən silsilə tədbirlər davam edir
07.11.2023


Belə ki, “Zəfər Günü”nə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq 03 noyabr 2023-cü il tarixdə “Krosfit” üzrə yarış keçirilmişdir. Yarışın məqsədi 44 günlük zəfər yolunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülərin xatirəsini uca tutmaq, həmçinin kurslar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və şəxsi heyət arasında idmana olan həvəsin artırılmasıdır.


07 noyabr 2023-cü il tarixində isə Akademiyanın böyük sıra meydanında “Zəfər Günü” və “Bayraq Günü”nə həsr edilərək təşkil edilmiş yerbəyer mərasimində kursantar, dinləyicilər, habelə akademiyanın şəxsi heyəti iştirak etmişdir. İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Tədbiri Akademiyanın rəis müavini, polis polkovnik-leytenantı Əfqan İmanov açıq elan edərək ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat vermiş, ölkəmizin şərəfli tarixində qeyd olunan əlamətdar günlərin hər birimiz üçün önəmini xüsusilə vurğulamışdır. Belə əlamətdar günlərdən sayılabiləcək 8 noyabr - “Zəfər Günü” və 9 noyabr “Bayraq Günü” münasibətilə mərasim iştirakçılarını həm daxili işlər nazirliyinin rəhbərliyi, həmdə akademiya rəhbərliyinin adından təbrik etmişdir.


“Dövlət bayrağı günü”nə münasibətdə isə Azərbaycan Respublikasının AXC-nin siyasi və hüquqi varisi olduğunu bəyan edən Ulu öndər Heydər Əliyevin ilk dəfə 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etdiyini, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edilərək onun Dövlət bayrağı elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Fərmana müvafiq olaraq “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” tərtib və təsdiq olunduğunu qeyd edən Rəhim Məcnunov Azərbaycan Respublikasının dövlət bayrağının hər bir vətəndaşımızın qürur mənbəyi, milli qeyrətimiz, şərəfimiz, mövcudluğumuzun və varlığımızın təcəssümü olduğunu fəxrlə vurğulamışdır.
Daha sonra 07.11.2023-cü il tarixdə keçirilən 1-ci dərslərin əvvəlində müəllimlər tərəfindən müvafiq olaraq “Zəfər Günü” və “Bayraq Günü” ilə əlaqədar, eyni zamanda 44 günlük Vətən Müharibəsində zəfərə aparan yol və bu qələbənin memarları barədə kursant və dinləyicilərə ətraflı məlumat verilmişdir.


Kursantlarla birlikdə ağac əkən Akademiya rəisi belə aksiyaların gələcəkdə ənənəvi olaraq davamlı olacağını, daha mütəşəkkil və əhatəli şəkildə həyata keçiriləcəyini bildirib. Akademiyanın 102 illiyinə təsadüf edən aksiyada simvolik olaraq 102 ədəd zeytun və şam ağacları əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.


Polis Akademiyasında mütəmadi həyata keçirilən silsilə beynəlxalq və yerli tədbirlər, həmçinin növbəti günlərdə keçirilməsi planlaşdırılan dəyirmi masa, açıq qapı, müxtəlif idman və intellektual yarış tədbirləri də Akademiyada aparılan işlərin və mütərəqqi inkişafın bariz nümunəsidir.



